Ölkə

Ramil Şeydayev bu kluba transfer ola bilər

Mahaçqalanın “Dinamo” klubu hazırda azad agent olan hücumçu Ramil Şeydayevlə maraqlanır.

AZERFAX.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sport Express” nəşri məlumat yayıb.

30 yaşlı azərbaycanlının son klubu “Qarabağ” olub. Ötən mövsüm futbolçu 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı oyunçunun dəyərini 600 min avro qiymətləndirir. Şeydayev “Zenit”in yetirməsidir. Hücumçu daha əvvəl Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina”, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo Moskva”, Azərbaycanın “Sabah” və “Neftçi”, Tailandı təmsil edən “Buriram Yunayted” və Türkiyənin “Kocaelispor” klublarında da çıxış edib.

Şeydayev Azərbaycan millisinin heyətində keçirdiyi 69 oyunda 10 qol var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button