Ölkə

“Real”dan “Çelsi”nin ulduzu ilə bağlı transfer açıqlaması

“Real Madrid” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezlə maraqlandığı barədə yayılan xəbərlərə rəsmi münasibət bildirib.

AZERFAX.AZ xəbər verir ki, İspaniya nəhəngi yayılan transfer iddialarını təkzib edərək, bu xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Klubun yaydığı bəyanatda bildirilib ki, “Real Madrid”in Enzo Fernandezi transfer etmək üçün nə birbaşa, nə də dolayı yolla hər hansı təşəbbüsü olub və belə bir plan da mövcud deyil.

“Son günlər yayılan xəbərlər fonunda bildiririk ki, klubumuzun Enzo Fernandezlə maraqlandığı barədə iddialar doğru deyil. “Real Madrid CF” futbolçunun transferi ilə bağlı heç bir addım atmayıb və belə bir niyyəti də yoxdur”, – deyə bəyanatda qeyd olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button