Ölkə

Regionun təhlükəsizliyi üçün ABŞ bölgədən çıxmalıdır

Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması üçün ABŞ bölgədən çıxmalı, dövlətlərin suverenliyinə hörmət edilməlidir.

AZERFAX.AZ xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Bəhreynin paytaxtı Manamada təşkil etdiyi regional hərbi toplantıya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bəhreyndə keçirilən hərbi toplantı Fars körfəzində hüquqi və təhlükəsizlik nizamı formalaşdıra bilməz. İranlı diplomat vurğulayıb ki, regionun təhlükəsizliyi yalnız xarici müdaxilələrin dayandırılması, ABŞ-ın bölgədən çıxması, ölkələrin suverenliyinə hörmət göstərilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə mümkün ola bilər.

Qəribabadi həmçinin qeyd edib ki, Hörmüz boğazının təhlükəsizliyi və statusu CENTCOM tərəfindən deyil, İranın müəyyən etdiyi çərçivədə dəyərləndirilməlidir.

Qeyd edək ki, CENTCOM Bəhreyn Müdafiə Qüvvələrinin ev sahibliyi ilə Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən yüksəksəviyyəli hərbi nümayəndələrin iştirakı ilə regional təhlükəsizlik toplantısı keçirildiyini açıqlayıb. Bildirilib ki, görüşdə regiondakı mövcud təhlükəsizlik vəziyyəti, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin olunması məsələləri müzakirə edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button