Ölkə

Roma Papası əməliyyat olunacaq

Roma Papası XIV Leo tibbi müayinə zamanı aşkar edilmiş ağciyərindəki kiçik törəmənin çıxarılması üçün cərrahi əməliyyat keçirəcək.

AZERFAX.AZ xəbər verir ki, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı pontifik bu barədə Vatikanda Müqəddəs Pyotr meydanında keçirilən bazar günü duası zamanı bildirib.

“Həkimlər müayinələr zamanı ağciyərimdə kiçik düyün aşkar etdilər. O, çox erkən mərhələdə müəyyən edilib və dəqiq lokalizasiyaya malikdir. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab edirlər. Onların tövsiyələrinə əməl edərək, həmin törəmənin çıxarılması üçün əməliyyat olunmağa qərar verdim”, – XIV Leo bildirib.

Əməliyyatın yaxın günlərdə keçirilməsi planlaşdırılır. Gözlənilən cərrahi müdaxilə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button