İdman
Ronaldo “Qalatasaray”la transfer savaşında – Xəyal reallaşa bilər

“Əl-Nəssr” klubu “Qalatasaray”ın istədiyi Bernardo Silvanı transfer etmək üçün hərəkətə keçib.
AZERFAX.AZ xəbər verir ki, futbolçu “Qalatasaray”ın təklifini rədd etməyib. Silva digər klubların təkliflərini də nəzərdən keçirir. Bildirilir ki, “Əl- Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldo milli komandadan dostu olan futbolçunu razı salmaq üçün müdaxilə edib. Ronaldonun Bernardo Silvanı razı salmaq üçün futbolçu ilə ünsiyyət qurduğu bildirilir. Məlumata görə, Ronaldo “Əl-Nəssr”ə ediləcək transferlər fonunda komanda ilə müqaviləsini uzada bilər.

Məlumata görə, “Qalatasaray” isə Çempionlar Liqasında iştirak etməsini irəli sürərək, futbolçunu razı salmağa çalışır. Xəbərdə menecer Corc Qardinin də Bernardo Silva ilə görüşdüyü və “Qalatasaray”ın layihələri və hədəflərini paylaşdığı bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.