Region
Gəncə Regional Mərkəzinə yeni rəis təyin olundu.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.
AZERFAX.az Qərb Bürosu