Ölkə

Rusiyalı bloger Ancelina Coliyə bənzərliyi ilə gündəm oldu

Rusiyalı bloger Tatyana Dukanın son paylaşımı sosial şəbəkələrdə böyük marağa səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, gənc qadının Hollivud ulduzu Ancelina Coliyə bənzər görünüşü izləyicilərin diqqətini çəkib. Onun klassik qara palto, xüsusi makiyaj və saç düzümü ilə çəkdirdiyi görüntülər qısa zamanda viral olub.

Paylaşım 1,3 milyondan çox baxış toplayıb. İzləyicilər Tatyananın görünüşünü Colinin obrazları ilə müqayisə edərək onun ünvanına çoxsaylı təriflər yazıblar.

Bəzi istifadəçilər bloqeri “rusiyalı Ancelina Coli” adlandırıb və bənzərliyin heyrətamiz olduğunu qeyd ediblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button