Şəhidlərin xatirəsi üçün 1657 km yeridi, 35-ci rayona çatdı


“Qarış-qarış” Vətən lahiyəsi çərçivəsində Azərbaycanın bölgələrini piyada gəzərək Şəhidlər xiyabanını ziyarət edən, şəhid nəvəsi, 24 yaşlı Hümbətov Bəhruz Hüseyn oğlu Göyçay Şəhidlər Xiyabanını da ziyarət edərək şəhid ailələri ilə görüşüb.
Bəhruz Hümbətov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, marafona 4 may 2026-cı il tarixində Xocalıdan başlayıb. Bu günə qədər piyada ümumilikdə 1657 km məsafəni qət edib. O, həmçinin qeyd edib ki, Göyçay artıq 35-ci rayondur ki, səfərdədir. Onun yürüşünün əsas məqsədi ölkənin bütün rayonlarını qarış-qarış gəzərək şəhidlərin xatirəsini yad etmək və bu hissi gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, Bəhruz Hümbətovun babası Hümbətov Bəhlul Müseyib oğlu Xocalı rayonunun Meşəli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.



