Ölkə
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə


Bu gün Bakının Xətai rayonunun bir küçəsində qaz təchizatı dayandırılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Abbas Səhhət küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



