“Sabah” ilk oyunda “Hapoel”ə uduzdu


UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
00:43
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
AZERFAX.AZ xəbər verir ki, ilk hissədən sonra hesab bərabərdir – 1:1
23.50
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyunda hesab açılıb.
AZERFAX.AZ xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda oynanılan görüşün 5-ci dəqiqəsində Bakı klubunun yarımmüdafiəçisi Velko Simiç fərqlənib.
21.57
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə üz-üzə gələcək İsrailin “Hapoel” (Beer-Şeva) və Azərbaycanın “Sabah” komandalarının start heyətləri açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı “11”lərlə çıxacaqlar:
“Hapoel”: 1. Ofir Marsiano, 2. Qay Mizrahi, 4. Migel Vitor, 5. Pedro Amador, 12. İtay Rotman, 7. Eliel Peretz, 25. Lukas Ventura, 28. Niv Yehoşua, 9. Zahi Ahmed, 66. İqor Zlatanoviç, 20. Ceyvon İst;
Baş məşqçi: Ran Kojux.
“Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina;
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma “Orxus”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



