Ölkə
“Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşdi


UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
AZERFAX.AZ xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşib.
Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan Azərbaycan çempionu əsas mərhələdə İspaniyanın “Barselona” (ev), Almaniyanın “Borussiya Dortmund” (ev), İspaniyanın “Vilyarreal” (səfər), İtaliyanın “Napoli” (ev), Çexiyanın “Slaviya Praqa” (ev), Norveçin “Vikinq” (səfər), İngiltərənin “Arsenal” və “Mançester Yunayted” (hər ikisi səfər) klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinə sentyabrın 8-də start veriləcək.


