Ölkə
Şahzadə Beatris uzun fasilədən sonra göründü


Böyük Britaniya kral ailəsinin üzvü, York şahzadəsi Beatris həyat yoldaşı Edoardo Mapelli Mozzi ilə birlikdə Oksfordşirdə keçirilən Cornbury House Horse Trials atçılıq yarışlarında iştirak edib.
AZERFAX.AZ xəbər verir ki, cütlük tədbirə Beatrisin əmisi qızı Zara Tindall və Edinburq hersoginyası Sofi ilə birlikdə qatılıb. Bu, Beatrisin son aylarda nadir ictimai görünüşlərindən biri olub.
38 yaşlı Beatris tədbirdə yaşıl krujevalı libas və məxmər pencək geyinib. Edoardo Mapelli Mozzi isə mavi köynək, jilet və açıq yaşıl şalvarla diqqət çəkib.
Beatrisin son dövrlərdə ictimaiyyət qarşısında daha az görünməsi ailəsi ilə bağlı mübahisələrlə əlaqələndirilir.



