Ölkə
Təcili yardım maşını qəzaya düşdü


Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan təcili tibbi yardımın avtomobili digər hərəkət iştirakçısı olan “VAZ 2106” markalı maşınla toqquşub. Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə təcili tibbi yardım avtomobili əraziyə gətirilib və xəstə xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



