Ölkə

“Təhsil əsla hicaba qurban verilməməlidir”

“Valideynlər o uşaqları məktəbə göndərməməklə yalnız öz övladlarına ziyan vururlar. Məncə, hicabı həyatın sonrakı mərhələsində də taxmaq olar. Təhsil isə əsla hicaba qurban verilməməlidir”.

AZERFAX.AZ xəbər verir ki, bunu İctimai TV-nin aparıcısı Nigar Sabirqızı sosial media paylaşımında qeyd edib.

O, paylaşımında qadınların geyim seçiminə qarşılıqlı hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: “Hicablı qadın özünü açıq geyinən qadından daha əxlaqlı saymamalıdır, açıq geyinən də başıörtülü qadını geridə qalmış hesab etməməlidir”.

Aparıcı qadını başdan-ayağa qara siluetə çevirən, üz cizgilərinin belə görünmədiyi geyim tərzinə qarşı olduğunu deyib. N.Sabirqızı azyaşlı uşaqlara hicab geyindirilməsinə də münasibət bildirib.

“4-5 yaşlı uşaqlara hicab geyindirildiyini görəndə isə çox məyus oluram. O yaşda uşaq dini qaydalarla yüklənməməlidir. O uşağın uşaq kimi böyüməyə, vaxtı gələndə də özünün seçim etməyə haqqı var”, – aparıcı qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button