Ölkə
Tokayev Trampı Qazaxıstana səfərə dəvət et


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Qazaxıstana səfər etmək dəvətini təsdiqləyib.
AZERFAX.AZ “Akorda”ya istinadla xəbər verir ki, dövlət başçısı BRICS Sammiti çərçivəsində ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor ilə görüşüb.
Söhbətin əvvəlində Serxio Qor Donald Trampın Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində təbriklərini əks etdirən məktubunu Kasım-Jomart Tokayevə çatdırıb.
Qazaxıstan Prezidenti ABŞ liderinə xoş arzularına görə təşəkkür edib və onu Qazaxıstana səfərə dəvət etdiyini bir daha təsdiqləyib.



