Tramp Pentaqonda dəyişiklik edir

Pentaqonda dəyişiklik vaxtıdır. ABŞ ordusuna inam aşağı səviyyədədir.
AZERFAX.AZ xəbər verir ki, Ağ evin sözçüsü Karoline Leavitt belə açıqlama verib. Prezident Donald Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu vəzifəsindən azad etməsi qərarı barədə danışan sözçü bildirib ki, onun istədiyi hərbçini vəzifədən uzaqlaşdırmaq və onun yerinə başqasını təyin etmək hüququ var. Karoline Leavittin sözlərinə görə, Pentaqonda bəzi uğursuzluqlar müşahidə edilib.
Qeyd edək ki, Prezident Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu vəzifəsindən azad edib və onun yerinə Hərbi Hava Qüvvələrindən general-leytenant rütbəsi ilə təqaüdə çıxan Den Keyni namizəd göstərib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.