Ölkə
Tramp Putinlə telefon danışığı aparacaq


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Ondan Putinlə artıq əlaqə saxlayıb-saxlamadığı soruşulub.
“Bu gün onunla danışmağı planlaşdırıram. Bu gün Putinin doğum günüdür. Əminəm ki, siz onu təbrik edib-etməyəcəyimi soruşacaqsınız”, – deyə Tramp bildirib.



