Ölkə

Tramp “süni intellekt” adının dəyişdirilməsini təklif etdi

ABŞ Prezidenti Donald Tramp “süni intellekt” ifadəsinin dəyişdirilməsini təklif edib.

AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, bir çox insan “süni intellekt” ifadəsinin hazırda inkişaf edən texnologiyanı ifadə etmək baxımından yanlış və kifayət qədər uyğun olmadığını düşünür.

Tramp “Artificial Intelligence” (Süni intellekt) ifadəsinin əvəzinə “Superior Intelligence” (Üstün zəka), “Extreme Intelligence” (Aşırı zəka) və “Supreme Intelligence” (Ali zəka) ifadələrindən birinin istifadə olunmasını təklif edib.

ABŞ Prezidenti bu üç variantdan hansının seçilməli olduğunu müəyyənləşdirmək üçün sosial media hesabında sorğu da keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button