Ölkə
“Turan Tovuz” qələbə qazandı – Premyer Liqa


Premyer Liqada 2026/2027 mövsümünə start verilib.
AZERFAX.AZ-ın məlumatına görə, I turun açılış matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Matçda yeganə qolu 35-ci dəqiqədə Enrike Silva vurub.
Qeyd edək ki, Premyer Liqada I turun digər oyunları 15, 16 və 17 avqustda keçiriləcək.



