“Tvente” – “Qarabağ” oyunu başladı


UEFA Konfrans Liqasında Niderlandda “Tvente” və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Görüşü albaniyalı baş hakim Yucin Caya idarə edir.
Komandalar arasında cavab oyunu isə avqustun 27-də Bakıda təşkil olunacaq
21.17
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandda üz-üzə gələcək “Tvente” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
AZERFAX.AZ UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:”Tvente”: Unnerştall, Van Roy, Nistad, Pröpper (k), Adelqard, Zeruki, Vaydman, Daan Rots, Veqhorst, Öryaseter.
Baş məşqçi: Con van den Brom. “Qarabağ”: Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı. Baş məşqçi: Qurban Qurbanov.



