Ölkə

Sirkə turşusu içən 21 yaşlı qız Bakıda xəstəxanada vəfat edib.

Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.

AZERFAX. az xəbər verir ki, martın 26-da 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə sirkə turşusu içib. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan 21 yaşlı qız Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova martın 28-də sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button