Ölkə

“WhatsApp”da mesaj menyusu dəyişdi

“WhatsApp” Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir.

AZERFAX.AZ xəbər verir ki, “WhatsApp” Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən, istifadəçilər mesajın üzərinə toxunduqda cavab vermək, yönləndirmək, silmək və emoji ilə reaksiya bildirmək kimi seçimlər daha kiçik və rahat menyuda təqdim olunacaq.

Bildirilir ki, yenilənmiş interfeys artıq “WhatsApp”ın beta versiyasında bəzi istifadəçilər üçün əlçatandır. Yeniliyin yaxın həftələrdə bütün Android istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button