Ölkə

Xocalının Ballıca kəndində toydur – FOTOLAR

Xocalı rayonunun Ballıca kəndində sevinc dolu gün yaşanır.

Xankəndi, şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZERFAX.AZ-a verilən məlumata görə, Hüseynovlar ailəsində böyük sevinc və həyəcan yaşanır.

Belə ki, gənc cütlüklər olan Əmrah və Arzunun toy mərasimi keçirilir.

“Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy məclisləri, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.Ballıca kəndində keçirilən bu toy yalnız bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasının, insanların öz yurdlarına qayıdaraq, burada gələcək qurmasının rəmzi kimi diqqət çəkir”, – deyə məlumatda qeyd edilibş

Related Articles

Bir cavab yazın

Back to top button