Ölkə
Xocavənddə sakinlərə evlərinin açarları təqdim olundu


Avqustun 5-də doğma yurdlarına yola salınan köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb.
AZERFAX.AZ xəbər verir ki, Xocavənd şəhərində 81 nəfərdən ibarət 20 ailəyə, Xocavənd kəndində 17 nəfərdən ibarət 5 ailəyə, Qırmızı Bazar qəsəbəsində isə 9 nəfərdən ibarət 2 ailəyə yeni mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



