Yerin 1,1 kilometr altında məhsul yetişdirilir


Böyük Britaniyada alimlər yerin təxminən 1,1 kilometr dərinliyində məhsul yetişdirirlər.
AZERFAX.AZ xəbər verir ki, “Boulby Yeraltı” laboratoriyasında aparılan araşdırmada yeraltı şəraitdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkünlüyü nəzərdən keçirilir. Tədqiqatın əsas məqsədi bu üsulun gələcəkdə kommersiya miqyasında tətbiq edilə biləcəyini müəyyənləşdirməkdir. Məlumata görə, məhsullar təbii günəş işığının çatmadığı 1,1 kilometr dərinlikdə xüsusi nəzarət olunan sistemlər vasitəsilə yetişdirilir. Yerin altında ənənəvi əkinçilik üçün uyğun təbii şərait olmadığı üçün bitkilərin ehtiyac duyduğu mühit süni şəkildə yaradılır. Araşdırma zamanı bitkilərin yeraltı şəraitdə inkişafı və məhsuldarlığı izlənilir. Alınan nəticələr yeraltı kənd təsərrüfatının davamlılığını və səmərəliliyini qiymətləndirmək üçün istifadə olunur.
Tədqiqatçılar eyni zamanda bu üsulun daha böyük istehsal sahələrində tətbiq imkanlarını araşdırırlar.



