Ölkə

Yuxarı Şirvan Kanalında partlayış oldu

Göyçayda Yuxarı Şirvan Suvarma kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) partlayış baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, yaşayış yerlərində subasma hadisəsi hələ ki, qeydə alınmayıb. Ərazilər tam nəzarət altındadır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvələri cəlb olunub.

Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılır.

Related Articles

Bir cavab yazın

Back to top button