Ölkə

Zaur Rzayev xəstəxanadan evə buraxıldı

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button