Ölkə

Zelenski siyasi strategiyasında dəyişiklik etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş naziri Yuliya Sviridenkonun vəzifəsindən azad edildiyini və ölkənin siyasi strategiyasında dəyişiklik ediləcəyini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Zelenski bildirib ki, artıq onlar bütün detalları müzakirə ediblər.

“Biz Baş nazir Yuliya Sviridenko ilə bütün detalları müzakirə etdik. Dəyişikliklərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yenilənməsinin zəruri olduğu qənaətinə gəldik. Yuliyaya Baş nazir vəzifəsində göstərdiyi aydın, sabit və səmərəli fəaliyyətə, eləcə də uzun illər Ukrayna komandasında əldə etdiyi uğurlu işlərə görə təşəkkür edirəm. Ona əsas tərəfdaşlarımızla münasibətlərdə yeni və mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim”, — deyə Vladimir Zelenski bildirib.

Zelenski söhbətin hansı mühüm istiqamətdən getdiyini hələlik açıqlamayıb.

Yuliya Sviridenko da vəzifədən ayrıldığını təsdiqləyərək, etimada və fəaliyyətinə verilən yüksək qiymətə görə Zelenskiyə, birgə işə görə isə hökumət komandasına təşəkkür edib.

“Ukrayna dövlətinə bundan sonra da xidmət etməyə, ölkənin mövqelərinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və ədalətli sülhün yaxınlaşdırılmasına yönəlmiş tapşırıqları yerinə yetirməyə hazıram”, — deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button