Ölkə
Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma


Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən razılaşma əldə edə biləcək yeni liderin gəlməsini təklif edirəm. Çünki Zelenskinin razılaşma əldə etmək üçün çoxlu imkanları olub, amma nədənsə o, heç vaxt bunu etmir. Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri də tənqid edib.
“Biz Zelenskiyə dedik ki, Rusiyaya qarşı istədiyini edə bilərsən, amma neft emalı zavodlarını vurma, çünki bu, bütün dünya üçün problemdir. Bəs o nə edir? Gedib dizel yanacağına zərbə endirir. O, buna mütləq son qoymalıdır”, – deyə Tramp bildirib.



