İqtisadiyyat
Pensiyalarla bağlı sevindirici xəbər

Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq.
AZERFAX.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.



