Saatlıq əmək haqqına keçid maaşları azaldacaq?

AZERFAX.az xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev AZERFAX.AZ-a açıqlamasında bildirib ki, saat hesablı maaş tətbiq olunduğu halda əhalinin gəlirləri aşağı düşə bilər.
O, Azərbaycanda əhalinin bir qrupunun minimum əməkhaqqını aşağı alması problemindən danışıb:
“Ola bilər kimsə yarımştat qeydiyyatdan keçirdilir, amma hər bir halda ən azı 200 manat ödəniş etməlisən. Əgər bu, saat hesabı tətbiq olunsa, insanları rəsmi olaraq saatlıq bir maaşa qoşacaqlar və bu da, əlbəttə ki, heç effektiv deyil. Biz hələ yeni tədbirin şərtlərinin nə olacağını da bilmirik. Ancaq bəzi miflər var ki, guya daha çox işləyən daha çox qazanır. Əslində, bu, indi də belədir. Vətəndaş həftədə 40 saatdan çox işləyirsə, bu, artıq əlavə vəsait deməkdir”.
T.Vəliyevin sözlərinə görə, yeni dəyişiklik imkan yaradacaq ki, işçilər daha aşağı maaşla işləsinlər:
“Əgər həftəlik 40 saatdan hesablananda, indiki halda saatbaşı təxminən iki manat alınır. Təxmin edək ki, saat hesabı üç manat tətbiq olunsa, işçilər artıq 10-12 saat işlədiləcəklər. Bu da daha çox əhalinin gəlirlərinin aşağı səviyyəsinin azalmasına və eyni zamanda istismarın artmasına gətirib çıxaracaq”.
İqtisadçı əlavə edib ki, mövcud durumda Azərbaycanda işəgötürən və işçi arasında münasibətlər daha çox işəgötürənin xeyrinə formalaşır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.