Hadisə

38 yaşlı qadını “tok” vurub öldürdü

Şəmkirdə 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib. 

AZERFAX.az -ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib. 

1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button