Hadisə

Ağstafada 21 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb.

Ağstafada mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Qırılı kəndində baş verib. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirlib. Yaralı dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. A.Budaqlının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button