Hadisə

Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button