Gədəbəydə iki evdə yanğın olub.

Gədəbəydə bir gecədə iki yanğın hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonunun Qızılqaya kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gədəbəy rayon bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi isə Gədəbəy rayonunun Novoivanovka kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin taxtadan ibarət tavanı 5 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb Evin qalan hissəsi yanğından mühafizə olunub.
AZERFAX.az Qərb Bürosu