Ölkə

Məşhur alim yorğunluqdan qurtulmağın yolunu açıqladı

Səhərlər yorğun oyanan, gün ərzində isə özünü halsız hiss edənlər üçün türkiyəli professor Canan Karatayın tövsiyəsi diqqət çəkib. O, təbii fermentasiya yolu ilə hazırlanan və gündəlik qidalanmada istifadə edilən bir məhsulun orqanizmə faydalı ola biləcəyini deyib.

AZERFAX.AZ xəbər verir ki, Karatay xüsusilə kələm turşusunu önə çəkərək onun tərkibindəki faydalı maddələrin bağırsaq sağlamlığı və immun sisteminə müsbət təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, düzgün hazırlanmış fermentləşdirilmiş qidalar orqanizmin müqavimətinin dəstəklənməsində rol oynaya bilər.

Professor kələm turşusunun tərkibində probiotiklər, C vitamini və antioksidantların olduğunu vurğulayıb. O, bu xüsusiyyətlərinə görə məhsulun həzm sisteminin fəaliyyətinə və ümumi sağlamlığa əhəmiyyətli fayda verdiyini açıqlayıb.

Tanınmış alim həmçinin kələm turşusunun qan şəkərinin tənzimlənməsi və orqanizmin müdafiə mexanizmlərinin dəstəklənməsi baxımından faydalı olduğunu iddia edib. Bununla belə, davamlı yorğunluğun müxtəlif sağlamlıq problemləri ilə bağlı ola biləcəyini nəzərə almaq və belə hallarda həkimə müraciət etmək vacibdir.

Related Articles

Bir cavab yazın

Back to top button