AZERFAX TV

Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır

Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bu barədə AZERFAX.AZa MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.

Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Medial

Medial

Related Articles

Bir cavab yazın

Back to top button