Hadisə

Gəncədə avtomobil 56 yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə yol-nəqliyyat hadisəsi piyadanın vurulması ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada 1970-ci il təvəllüdlü S. Novruzovu vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan 56 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Ona  ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button