Hadisə

Gəncədə kişi naməlum şəraitdə bıçaqlanıb

Gəncədə 38 yaşlı kişi naməlum şəraitdə kəsici-deşici alətlə xəsarət alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib. 1988-ci il təvəllüdlü Həsən adlı şəxs bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib. O dərhal əməliyyata götürülüb, ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button