Siyasət
“Avropa ayıldı” – Tusk

“Avropa ayıldı”.
AZERFAX.AZ xəbər verir ki, bunu Londonda keçirilən sammitdən sonra Polşanın baş naziri Donald Tusk “X” hesabında yazıb.
“Avropa ayıldı və indi yekdilliklə Ukraynanı dəstəkləməkdən, sıx transatlantik əməkdaşlığın zəruriliyindən və Aİ-nin şərq sərhədinin möhkəmləndirilməsindən danışır”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna ilə bağlı London sammiti keçirilib, 18 ölkə və birlikdən nümayəndə iştirak edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.