Avropa Birliyi ABŞ-yə çağırış etdi

ABŞ-nin Meksika və Kanadaya tətbiq etdiyi gömrük rüsumları qlobal ticarətə zərər verəcək.
Metbuataz xəbər verir ki, Avropa Birliyi Komissiyasının sözçüsü Olof Gill belə deyib. O bildirib ki, ABŞ-nin davranışları qlobal ticarətdə qeyri-müəyyənliyi artıracaq. Avropa Birliyinin açıq və ədalətli ticarətə xələl gətirən tədbirlərə qarşı qətiyyətlə dayandığını ifadə edən Gillin sözlərinə görə, ABŞ yanaşmasını yenidən nəzərdən keçirməlidir. Sözçü bəyan edib ki, ABŞ-nin qərarlarından geri addım atması Vaşinqton üçün də faydalı olacaq.
Gill, ABŞ-nin tətbiq etdiyi tariflərin Atlantik okeanı boyunca dərin inteqrasiya olunmuş təchizatı, investisiya axınını və iqtisadi sabitliyi təhdid edəcəyinə diqqət çəkib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.