Siyasət

Hakan Fidan Rusiya-Ukrayna görüşünün detallarını açıqladı

Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqlar konstruktiv keçib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib. O bildirib ki, tərəflərin humanitar mübadilə ilə bağlı mövzuda bir sıra məsələlər barədə razılaşıblar. Hakan Fidan həmçinin atəşkəs və sülh məsələləri ilə bağlı hazırlanan memorandumların tərəflərin bir-birinə təqdim etdiyini və bu mətnlər üzərində texniki səviyyəli işlərə başlanılacağını bildirib. O, Türkiyəyə göstərilən etimada görə hər iki ölkəyə təşəkkür edib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna liderlər səviyyəsində görüş üçün yer hazırlığının davam etdirilməsi barədə razılığa gəliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button