Məşhur cütlük ayrılır

Məşhur türkiyəli fenomen Dilan Polat əri Engin Polatla ayrıldığını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
O qeyd edib ki, onun bu addımı atmağına səbəb kiminsə həyatına ziyan vurmaq istəməməsidir:
“Deməli yan-yana olanda bir-birimizə zərər veririk. Həyat yoldaşım Engin Polatla yolları ayırmaq qərarına gəldim. Sadəcə uzaqlaşmaq istəyirəm. Hamıdan və hər şeydən. Heç birinizə haqqımı halal etmirəm. Hər şeyimi əlimdən aldınız: həyat sevincimi, həvəsimi, hər şeyimi”.
Qeyd edək ki, bir müddət öncə cütlük barəsində çirkli pulların yuyulması maddəsilə cinayət işi açılmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.