Millət vəkili Məşhur Məmmədov: “Bakı kolonializmə qarşı mübarizədə beynəlxalq tribunaya çevrilir”.

Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilməsi Azərbaycanın qlobal ədalət və insan haqları uğrunda mübarizədə aparıcı mövqeyini bir daha sübut edir. Bu tədbir ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasını və dünya xalqlarının azadlıq mübarizəsinə verdiyi dəstəyi nümayiş etdirir.
Konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər. Bu iştirakçılar vasitəsilə Bakı qlobal kolonializmə qarşı mübarizənin mühüm platformasına çevrilir.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, ana dilinin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi ciddi narahatlıq doğuran məsələlər müzakirə edilir. Bu, Azərbaycanın təkcə öz milli və mədəni dəyərlərini qorumaqla kifayətlənməyib, həm də qlobal səviyyədə haqqın və ədalətin yanında olduğunu sübut edir.
Azərbaycan təkcə öz milli və mədəni dəyərlərini qorumaqla kifayətlənməyib, eyni zamanda, beynəlxalq arenada haqqın, ədalətin və sülhün müdafiəçisi kimi çıxış edərək qlobal miqyasda öz mövqeyini möhkəmləndirir. Tarixin müxtəlif dönəmlərində sınaqlardan keçən ölkəmiz, bu gün həm regionda, həm də dünyada sabitliyin, tolerantlığın və qarşılıqlı hörmətin təmin olunmasına töhfə verməklə nümunəvi bir dövlət kimi tanınır.
Kolonial siyasətin nəticələrinin aradan qaldırılması, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri və Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında aparılan fikir mübadiləsi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Tarix boyu müxtəlif çətinliklərdən keçmiş Azərbaycan bu gün azadlıq, suverenlik və milli dəyərlərin qorunması uğrunda mübarizəni dəstəkləyən güclü dövlət kimi çıxış edir.
Ölkəmiz, keçmişin ağır sınaqlarından keçərək, bu gün həm regionda, həm də beynəlxalq arenada azadlıq, suverenlik və milli dəyərlərin qorunması uğrunda mübarizəni dəstəkləyən qətiyyətli mövqeyi ilə seçilir.
Bakı Təşəbbüs Qrupunun bu cür mühüm beynəlxalq konfransı təşkil etməsi Azərbaycanın haqqın və ədalətin yanında olduğunu, eyni zamanda müstəqillik və suverenlik uğrunda mübarizə aparan xalqların səsini dünyaya çatdırmaqda mühüm rol oynadığını göstərir. Bu tədbir Azərbaycanın beynəlxalq arenada sülh və ədalət uğrunda mübarizədə nüfuzunu daha da artıracaq.