Siyasət

Rusiya ilə davamlı müharibə aparmaq olmaz


Ukraynadakı münaqişə elə bir həddə çatıb ki, nə Avropa, nə ABŞ, nə də Ukrayna davamlı olaraq müharibəni davam etdirə bilməyəcək.

AZERFAX.AZ xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens belə deyib. O bildirib ki, Amerika xalqı münaqişənin bitməsini istəyir. Vensin sözlərinə görə, Kiyev ictimaiyyətə açıq bəyanatlar verməkdənsə, Ukraynadakı münaqişənin həlli üçün real addımlar atmalıdır. Vens bəyan edib ki, ABŞ ukraynalıların suveren və müstəqil ölkəyə sahib olmasını istəyir.


Vens həmçinin qeyd edib ki, ABŞ Ukraynadakı münaqişəyə son qoyulmasının Amerika xalqının xeyrinə olacağını hesab edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button