Siyasət

Su ilə bağlı bu cərimələr artırılır?


Azərbaycanda sudan və su obyektlərindən qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.


“Biz maraqlıyıq ki, mövcud qanunvericiliklə tənzimlənməyən məsələlər həll olunsun. Sanksiya, inzibati və cinayət məsuliyəti insanları pis əməllərdən çəkindirməyə yönəlib. Əsas hədəfimiz insanları maarifləndirməklə bu əməllərdən çəkindirməkdir. Ancaq gələcəkdə bu tədbirlərdən kimsə nəticə çıxarmayacaqsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vasitələrdən istifadə edəcəyik”, – deyə o qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button