Region

Gəncədə 34 yaşlı kişi bıçaqlandı.

Gəncədə iki nəfərin mübahisəsi sonda qanla bitib.  AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Rəşad Nəsrullayev bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin versiyaya görə, R. Nəsrullayev əvvəllər orta məktəbdə bir sinifdə təhsil aldığı yoldaşı bıçaqlayıb. Mübahisənin hansı səbəbdən yarandığı hələlik məlum deyil.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button