Şou Biznes

6 ayda 26 kilo arıqladı

Tanınmış türkiyəli müğənni Işın Karaca 6 ayda 26 kilo arıqlayıb.

AZERFAX.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni ortaq dostlarının toyunda Kenan Doğulu ilə birlikdə səhnəyə çıxıb. Işın Karaca arıqlamış hal ilə diqqətləri özünə çəkib.
Daha əvvəl verdiyi müsahibədə Karaca “Ən böyük sirrim yeməməkdir. Yeməyəndə olurmuş. Özümü çox yaxşı hiss edirəm. Sağlamlıq hər şeydən önəmlidir” demişdi. O, balıq yağı və maqnezium əlavələri qəbul etdiyini də qeyd edib:

“Hər şey mütəxəssis nəzarətindədir. Bu ölkədə Sibel Canla birlikdə ən çox kilo alıb-verən qadınam. Amma sonunda başa düşdüm ki, bu iş insanın özünü tanıması ilə mümkündür”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button