Sosial

“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib.

“AzerGold” QSC Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb. AZERFAX.az xəbər verir ki, sosial aksiya Göygöl rayonunun Tülallar və Zurnabad kəndləri üzrə aztəminatlı ailələri əhatə edib.

Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını ucqar kəndlərdə yaşayan ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb.

“AzerGold”un hasilat fəaliyyəti apardığı mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə mütəmadi olaraq təşkil edilən bu tip sosial yardım aksiyaları dövlət proqramlarına dəstək xarakteri daşıyır. Məqsəd bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button