Azərbaycan millisinin Haiti və Belarusla oyunlarının hakimləri açıqlandı

AZERFAX.AZ xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürcüstandan olan baş hakim idarə edəcək.
Hər iki matç saat 21:45-də başlayacaq.
22 mart
21:45. Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
25 mart
21:45. Azərbaycan – Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
“Bank Respublika Arena”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.